Bakı. Trend:
Bu ilin yanvar-avqust aylarında Azərbaycanla Birləşmiş ƏrəbƏmirlikləri (BƏƏ) arasında ticarət əməliyyatlarının həcmi 104,6milyon ABŞ dolları təşkil edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.
Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 45,2 milyon ABŞ dolları və ya 76,1% çoxdur.
Hesabat dövründə BƏƏ ilə ticarət əməliyyatları Azərbaycanınümumi ticarət dövriyyəsinin 0,33%-i həcmində olub.
Cari ilin yanvar-avqust aylarında Azərbaycandan BƏƏ-yə 73,4milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eynidövrü ilə müqayisədə 39 milyon ABŞ dolları və ya 2,1 dəfəçoxdur.
Eyni zamanda, 2025-ci ilin yanvar-avqust aylarında BƏƏ-dənAzərbaycana 31,2 milyon ABŞ dolları dəyərində idxal əməliyyatlarıicra olunub ki, bu da illik müqayisədə 6,2 milyon ABŞ dolları və ya25% artım deməkdir.
Bundan başqa, hesabat dövründə Azərbaycandan Birləşmiş ƏrəbƏmirliklərinə 71,7 milyon ABŞ dolları dəyərində qeyri-neftməhsulları ixrac edilib ki, bu da ötən ilin ilk 8 ayındakıgöstəriciyə nisbətən 39 milyon ABŞ dolları və ya 2,2 dəfə artımdeməkdir.
Azərbaycandan BƏƏ-yə qeyri-neft məhsullarının ixracı ölkəninümumi ixracında 2,99% paya malik olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanxarici ölkələrlə 32,118 milyard ABŞ dolları dəyərində ticarətəməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,123milyard ABŞ dolları və ya 3,6% çoxdur.
Xarici ticarət dövriyyəsinin 17,065 milyard ABŞ dolları ixracın,15,053 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilin eynidövrü ilə müqayisədə ixrac 1,166 milyard ABŞ dolları və ya 6,4%azalıb, idxal isə 2,290 milyard ABŞ dolları və ya 17,9% artıb.
Son nəticədə xarici ticarətdə 2,013 milyard dollarlıq müsbətsaldo yaranıb. Bu da illik müqayisədə 3,455 milyard ABŞ dolları vəya 2,7 dəfə azdır.