EN

Qazaxıstan eksperti: Azərbaycan Orta Dəhlizin inkişafında əsas rol oynayır

Bakı, 16 sentyabr, AZƏRTAC

Azərbaycan Xəzər dənizini Gürcüstana və daha sonra Avropa bazarlarına birləşdirən strateji tranzit qovşağı kimi fəaliyyət göstərən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TITR) inkişafında əsas rol oynayır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində nəqliyyat və logistika sahəsində qazaxıstanlı ekspert, “Women in Logistics and Transport” (“WiLAT” Central Asia) təşəbbüsünün sədr müavini Ayjan Beysiyeva deyib.

Ekspert qeyd edir ki, Ələt limanına böyük investisiyalar, dəmir yolu şəbəkəsinin fəal şəkildə modernləşdirilməsi və müasir logistika mərkəzlərin yaradılması sayəsində Azərbaycan Asiya ilə Avropa arasında yükdaşımaların sürətlənməsi və şaxələndirilməsi zəncirində həlledici bəndə çevrilir.

Beysiyeva vurğulayıb ki, marşrutun davamlılığı yaxşı əlaqələndirilmiş bərə keçidləri, effektiv multimodal logistika və beynəlxalq tərəfdaşlarla fəal əməkdaşlıqla təmin edilir. O, həmçinin multimodal qovşaqların inkişafının və tranzit proseslərini optimallaşdıran, şəffaflığı artıran və marşrut boyunca yüklərin keçidini sürətləndirən rəqəmsal həllərin tətbiqinin vacibliyini qeyd edib.

Ekspert logistika idarəçiliyində gender balansı məsələsinə də xüsusi diqqət yetirib. Onun sözlərinə görə, qadınların strateji qərarların qəbulunda, xüsusilə nəqliyyat və logistika sahələrində iştirakı regionun davamlı inkişafında mühüm rol oynayır.

Beysiyeva Mərkəzi Asiyada və bütövlükdə Trans-Xəzər dəhlizində logistikanın gələcəyini formalaşdıran proseslərə qadın mütəxəssislərin cəlb edilməsinin vacibliyini vurğulayıb.

Chosen
48
azertag.az

1Sources