ain.az, Qafqazinfo saytına istinadən bildirir.
Bir neçə gün öncə vəfat edən Xalq artisti Hacı Murad Yagizarovla Təzəpir məscidində vida mərasimi keçirilib.
“Qafqazinfo”nun məlumatına görə, mərasimdə ölkənin mədəni-ictimai xadimləri, mərhumun ailə üzvləri və sənət dostları iştirak edib.
Yagizarov II Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, tanınmış aktyor sentyabrın 13-ü uzunsürən xəstəlikdən sonra 86 yaşında Almaniyada dünyasını dəyişib. Onun nəşi bu gün Vətənə gətirilib.
***
Mərhum dəfn olunmaq üçün II Fəxri xiyabana aparılır.
***
Xalq artisti Hacı Murad Yagizarov II Fəxri xiyabanda dəfn olunub.
Dəfn mərasimində Xalq artistinin ailə üzvləri, sənət dostları və Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak ediblər.
Lamiyə Məmmədova
Fotolar: Pərvin Zeynal
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.