EN

“Netanyahu Qətəri vurmayacaq"

ABŞ Prezidenti Donald Tramp İsrailin Qətərə bir daha hücum etməyəcəyini deyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Tramp açıqlamasında Qətərin çox yaxşı bir müttəfiq olduğunu və çoxlarının bunun fərqində olmadığını qeyd edib. O, İsrail Baş naziri Benyamin Netanyahunun Qətərə bir daha hücum etməyəcəyini bəyan etdiyini bildirib.

Tramp əlavə edib ki, İsrail HƏMAS-a qarşı başqa tədbirlər görə bilər: “Netanyahu Qətəri vurmayacaq, amma bəlkə də HƏMAS-ın arxasınca gedəcək.”

Chosen
45
operativmm.az

1Sources