EN

Xalq artisti II Fəxri xiyabanda dəfn olundu (YENİLƏNİB)

ain.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub.

"Report" xəbər verir ki, mərhumla əvvəlcə Təzəpir məscidində vida mərasimi keçirilib.

Mərasimin ardınca cənazə II Fəxri xiyabana aparılaraq torpağa tapşırılıb.

11.02

Xalq artisti Hacı Murad Yegizarovun nəşi Azərbaycana gətirilib.

"Report"un məlumatına görə, cənazəni gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Xatırladaq ki, mərhumla vida mərasimi bu gün Təzəpir Məscidində keçiriləcək. 

Daha sonra M.Yegizarovun nəşi II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, Hacı Murad Yegizarov uzun sürən xəstəlikdən sonra sentyabrın 13-də Almaniyada vəfat edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
43
5
qaynarinfo.az

6Sources