EN

ABŞ və Çin TikTok-un satışında razılığa gəldi

ABŞ və Çin TikTok-un satışında razılığa gəldi

ABŞ ilə Çin uzun müddətdir davam edən TikTok-un mülkiyyətinə dair mübahisədə əhəmiyyətli bir addım atıb. İki ölkənin ticarət rəsmiləri tətbiqin ABŞ nəzarətinə keçməsini nəzərdə tutan çərçivə sazişinə nail olunduğunu açıqlayıb.

Madriddə keçirilən yüksək səviyyəli görüşlərdən sonra danışan ABŞ Maliyyə Naziri Skott Bessent “TikTok üçün bir çərçivə sazişimiz var. Ticarət şərtləri iki xüsusi tərəf arasında müəyyənləşdirildi və razılığa gəlinib” deyib. Bessent əlavə edib ki, Çin tərəfi danışıqlarda aqressiv tələblər irəli sürüb, lakin onların detalları açıqlanmayıb.

Çinin nümayəndəsi Li Çengqanq isə iki tərəfin TikTok mövzusunda əməkdaşlıq əsasında razılığa gəldiyini təsdiqləyib. Li bildirib ki, ticarət və iqtisadi məsləhətlərin nəticələri çətinliklə əldə edilib: "ABŞ Çin tərəfinin narahatlıqlarını aradan qaldırmasını istəyəndə eyni zamanda Çin şirkətlərinə təzyiqi davam etdirməməlidir”.

Maliyyə naziri Bessent razılaşmanın son detalları barədə cümə günü Tramp ilə Çin Prezidenti Si Cinpin arasında keçiriləcək görüşdə aydınlıq gələcəyini bildirib. Tramp isə Truth Socialda paylaşımında “Gənclərin çox sevdiyi bir şirkətlə bağlı razılığa gəlinib. Onlar çox sevinəcəklər” deyə qeyd edib.

ABŞ Ticarət Nümayəndəsi Ceymison Gir isə razılaşmanın artıq iki liderin təsdiqinə qaldığını, artıq davamlı təxirə salmaların olmayacağını və bir razılaşmanın olduğunu bildirib.

Qeyd edək ki, TikTok ABŞ-da qısa müddət üçün istifadəyə bağlanmış, Apple və Google tətbiq mağazalarından çıxarılmışdı. Lakin hökumət təminatları sonrası tətbiq yenidən istifadəyə açılmışdı.

Chosen
22
afn.az

1Sources