EN

Kənd təsərrüfatı sahəsində rəqəmsallaşmanın bəzi çatışmayan tərəfləri var

Kənd təsərrüfatə sahəsində rəqımsallaşma istiqamətində atılan  addımların müəyyən müsbət rolu ilə birgə çatışmayan tərəfləri də var.

 

Missiya.Az xəbər verir ki, bu barədə bankçılıq üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov danışıb.

"Əsasən qeyd etməl lazımdır ki, bu istiqamətdə qanun aliliyi və hüquqi sistem şəffaflaşdırılmalıdır. Effektivliyin aşağı səviyyədə olmasının önəmli səbəbi subsidiya sisteminin rəqəmsallaşdırılması, aqroparkların yaradılması və fermerlərə verilən güzəştlərdə müəyyən sui-istifadə hallarının olmasıdır".

Ekspertin sözlərinə görə, şəffaflığın qorunması nəzər yetirilməli məsələdir. Harada ki, subsidiya və kredit sahəsində dövlətin güzəştləri var, orada açıqlığı da təmin etmək vacibdir. Yəni bu güzəştlərin hara və yaxud kimə nə formada verildiyi haqqında heç bir komersiya sirri olmamalıdır. 

"Burada ipoteka kreditləri, Sahibkarlığın İnkişafı Fondundan götürülən kreditlər, kənd təsərrüfatı və sair kimi sahələrdə müvafiq məlumatlar daha əlçatan edilməlidir. Bu işləri görən orqanlar da uyğun olaraq öz saytlarında məlumatları əks etdirməlidirlər",- Ə.Həsənov əlavə edib.

İlahə Qənbərli

Missiya.Az

 

Chosen
44
1
missiya.az

2Sources