EN

"Qarabağ"ın sabiq braziliyalısı: Azərbaycan təmsilçisi Lissabondan da xal gətirə bilər

"Qarabağ" Liassabondan da xal gətirə bilər.

Bunu Operativ Media-ya açıqlamasında "Qarabağ"ın sabiq braziliyalı futbolçusu Danilo Dias deyib.

O, "Qarabağ"ın bərabər səviyyədə mübarizə aparmaq gücündə olduğunu bildirib.

"Düşünürəm ki, “Qarabağ” Portuqaliyanın böyük klublarından biri olan “Benfika” ilə bərabər səviyyədə mübarizə aparmaq gücündədir. Məncə, yaxşı futbolçular komandanın peşəkar məşqçi heyətinin və rəhbərliyin əlində olduqda, “Qarabağ” kifayət qədər güclü rəqabət apara bilər.

Danilo Dias Qurban Qurbanovun yetirmələrinin Liassabondan xalla qayıdacağına inanır.

Təbii ki, “Benfika” az da olsa favorit kimi görünür, amma iki komanda arasında böyük fərq görmürəm. “Qarabağ” Budapeştdə göstərdi ki, səfərdə də oynamağı bacarır və mən düşünürəm ki, Lissabondan da xal gətirə bilər.

Qeyd edək ki, Danilo Dias 2015/2016 mövsümündə "Qarabag"da çıxış edib.

Chosen
30
operativmedia.az

1Sources