EN

Azərbaycanlı FİFA referisi Çempionlar Liqası matçını idarə edəcək

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan daha bir önəmli təyinat alıb.

Operativ Media xəbər verir ki, 36 yaşlı hakim Çempionlar Liqasının Liqa mərhələsində keçiriləcək “Kopenhagen” (Danimarka) – “Bayer” (Almaniya) görüşünü idarə edəcək.

Ağayevə yan xətdə Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olacaq. Dördüncü hakim isə Elçin Məsiyev olacaq.

Qarşılaşma sentyabrın 18-də, Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

Chosen
32
operativmedia.az

1Sources