EN

Deputat: Bələdiyyə fəaliyyəti ilə bağlı ictimai izahat vacibdir

Son dövrlərdə bələdiyyə fəaliyyətində müəyyən yeniliklərin baş verib, eyni zamanda bəzi hallarda təhriflərin baş verdiyini görmək olar. Bunu Milli Məclisin deputatı Tahir Rzayev deyib. 

"Bəzi təhriflər ictimaiyyətdə suallar doğurur və onların aydın izahına ehtiyac var. Hər bir bələdiyyə sədri ictimaiyyəti məlumatlandırmalıdır,” –  Rzayev vurğulayıb.

O, həmçinin ölkənin beynəlxalq nüfuzunun və iqtisadi artımın yüksəldiyini qeyd edərək, bələdiyyələr arasında regional toplantıların keçirilməsinin məqsədəuyğun olacağını bildirib. Onun sözlərinə görə, bu məsələ tədbirlər planına daxil edilməlidir.

Gülnar Nazimqızı

Chosen
15
anews.az

1Sources