ABŞ dövlət katibi Marko Rubio Qətərə səfər edib.
Missiya.Az xəbər verir ki, bu barədə “Al Khaleej” qəzeti məlumat yayıb.
Bildirilib ki, ABŞ dövlət katibinin səfərinin məqsədi Qətəri Qəzza zolağında atəşkəsin əldə olunmasında vasitəçilik rolunu davam etdirməyə çağırmaqdır.
Məlumata görə, səfər çərçivəsində Rubio Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşəcək.
Daşqın HəsənovMissiya.Az