EN

III MDB Oyunlarında neçə ölkə iştirak edəcək?

Azərbaycanda keçiriləcək III MDB Oyunlarında iştirakı təsdiqlənən ölkələrin və nümayəndə heyətlərinin sayı açıqlanıb.

Publika.az xəbər verir ki, yarışlarda Azərbaycan daxil olmaqla 12 ölkədən 1619 idmançı və 2313 nümayəndə iştirak edəcək. Bu barədə Bakı Şəhər Halqası məlumat yayıb.

Azərbaycanı 340, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Küveyti 6, Pakistanla Omanı isə 4 idmançının təmsil edəcəyi dəqiqləşib.

Qeyd edək ki, III MDB Oyunları bu il sentyabr 28-dən oktyabrın 8-dək Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq.

Chosen
29
19
publika.az

10Sources