EN

Politoloq: Qəzzadakı faciələr HƏMAS ın seçdiyi metodların nəticəsidir

Sherg.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Fələstin Administrasiyası və ərəb dövlətləri artıq HƏMAS-ı dəstəkləmir

Bölgədə yeni dövrün başlanması üçün ilk növbədə HƏMAS siyasi səhnədən çəkilməlidir

İsrail Qəzza şəhərini ələ keçirmək məqsədilə hərbi əməliyyata başlayıb.

Bu barədə İsrail rəsmilərinə istinadən “Axios” portalı məlumat yayıb.

Məlumata görə, yerüstü əməliyyata start verilib. İsrail ordusu əməliyyatın yekunu olaraq Qəzza şəhərini ələ keçirməyi və Fələstinin radikal HƏMAS qruplaşmasını məhv etməyi planlaşdırır.

Bir sıra dövlətlər və beynəlxalq təşkilatlar əməliyyatların genişlənməsinin bölgədə humanitar böhranı daha da dərinləşdirə biləcəyini bildirirlər. Onlar dinc əhalinin qorunması, atəşkəsə nail olunması və humanitar yardım dəhlizlərinin açılması ilə bağlı çağırışlar edirlər. Eyni zamanda ekspertlərin fikrincə, Qəzzada baş verənlər təkcə İsrail-Fələstin münaqişəsi ilə məhdudlaşmır, bu proses regionda yeni siyasi və təhlükəsizlik gərginliklərinə yol aça bilər.

Politoloq Taleh Əliyev Sherg.az-a deyib ki, bu gün Qəzzada baş verən hadisələr HƏMAS təşkilatının hələ iki il əvvəl İsraildə həyata keçirdiyi terror aktından sonra başlayan qarşıdurmanın yeni və qanlı bir mərhələyə qədəm qoyduğunu göstərir:

"Buna görə də Qəzzada baş verən faciələrin ardı-arası kəsilmir. Burada yalnız İsrail tərəfini ittiham etmək doğru olmazdı. Çünki 7 oktyabr terror hadisələrindən sonra hələ də girovluqda qalan israillilər var. İsrail tərəfinin yanaşması ondan ibarətdir ki, bütün girovlar azad edilməli, HƏMAS isə Qəzzadakı mövcudluğunu silahlı qruplaşma kimi sona çatdırmalı və yeni bir dövr başlanmalıdır. Amma şahid oluruq ki, Hamas fələstin xalqından daha çox, arxasında dayanan gücləri təmsil edərək silahlı müqavimətini dayandırmır. Nəticədə on minlərlə günahsız fələstinli – xüsusilə də Qəzzalılar, uşaqlar, qadınlar, qocalar, xəstələr hərbi əməliyyatların gedişində həlak olur. İki milyon əhalisi olan Qəzza bölgəsində indi elə bir yer qalmayıb ki, orada normal həyat mümkün olsun.

Tamamilə hərbi əməliyyatların hədəfinə çevrilmiş bu ərazi bu gün yaşayış məntəqəsindən daha çox bir müharibə meydanını xatırladır. Ona görə də bölgədə yeni dövrün başlanması üçün ilk növbədə HƏMAS siyasi səhnədən çəkilməlidir. Çünki artıq Fələstin Administrasiyasının özü də onu dəstəkləmir. Digər ərəb dövlətləri də HƏMAS-ın hərəkətlərini pisləyirsə, biz birtərəfli qaydada İsraili və onun rəhbərliyini qınaya bilmərik".

Analitikin sözlərinə görə, İsrail dövləti öz xalqının təhlükəsizliyini və maraqlarını müdafiə edir:

"Əslində HƏMAS-ın da fəaliyyətlərini tamamilə qınamaq düzgün olmazdı. Amma etiraf edilməlidir ki, təşkilatın seçdiyi metod Fələstinin dövlət kimi tanınmasına deyil, əksinə, Qəzza bölgəsinin bu gün yaşadığı acınacaqlı vəziyyətə gətirib çıxarıb. Bu baxımdan hər zamankı kimi məğlub olmuş siyasət və siyasətçilər siyasi səhnəni tərk etməlidirlər".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
30
1
sherg.az

2Sources