EN

6 ali təhsil müəssisəsi akkreditasiyadan keçib - SİYAHI

"2025-ci təqvim ilinin birinci yarısında Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən 6 ali təhsil müəssisəsində (ATM) institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib".

Bizim.Media xəbər verir ki, bunu TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov keçirdiyi mətbuat konfransında deyib. O, deyib ki, bu ilin ikinci yarısında ölkənin daha 6 ali təhsil müəssisəsində institusional akkreditasiya qiymətləndirilməsi aparılacaq.

Tural Əhmədovun sözlərinə görə qrafikə uyğun olaraq, Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Ali Neft Məktəbi, Bakı Qızlar Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Odlar Yurdu Universitetində institusional akkreditasiya qiymətləndirilməsi aparılıb:
 

O, qeyd edib ki, 2025-ci təqvim ilinin ikinci yarısında isə 6 ali və peşə təhsili müəssisələrində - Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dillər Universiteti, Gəncə Dövlət Universiteti (təkrar akkreditasiya), həmçinin Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində institusional akkreditasiya qiymətləndirilməsinin həyata keçirilməsi planlaşdırılır.


Bundan əlavə, 2025-ci təqvim ilinin II yarısında məktəbəqədər təhsil ixtisası üzrə 7 ATM-də -Odlar Yurdu Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Qızlar Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında proqram akkreditasiya qiymətləndirilməsinin həyata keçirilməsi nəzərdə tutulur. Həmçinin 2025-ci təqvim ilinin II yarısında 3 ATM-də - Gəncə Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, ADPU-nun Şamaxı filialında ibtidai sinif müəllimliyi ixtisası üzrə təkrar proqram akkreditasiya qiymətləndirilməsi keçiriləcək

Aygün Hüseyn, Pərviz Allahverdiyev, Elcan Bəşirli, Bizim.Media

Chosen
58
11
bizim.media

10Sources