EN

“İsrail və HƏMAS arasında aparılan danışıqlar imitasiya idi”

“İsrail Qəzzanı tam nəzarətə almaq üçün geniş miqyaslı hərbi əməliyyatlara başlayıb. Havadan və qurudan həyata keçirilən əməliyyatda Qəzzadan HƏMAS-ı tam çıxarmaq və idarəetməni öz üzərinə götürməkdən ibarətdir. Ötən gün ABŞ dövlət katibi M. Rubio İsraildə səfərdə idi. Bu hərbi əməliyyatlar birbaşa Donald Trampın dəstəyi ilə aparılır”.

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.  

O, deyib ki, ərəb ölkələri və ABŞ arasında razılaşmaya görə İsraillə qarşı hər hansı bir addım atılmayacaq:

“Onu da qeyd edim ki, İsrail və HƏMAS arasında aparılan danışıqlar imitasiya idi. İsrailin növbəti mərhələdə Qəzzanı öz ərazisinə birləşdirməsi istisna deyil. Bu genişmiqyaslı hərbi əməliyyatlardan sonra HƏMAS-ın Qəzzada fiziki varlığı mümkün görünmür. 2023-cü il 7 oktyabrda həyata keçirilən planda məhz Qəzzanın növbəti mərhələdə İsrailin ərazisinə birləşdirilməsi dururdu. Artıq Yaxın Şərqdə Hizbullah və HƏMAS fiziki olaraq məhv edilir. Bu silahlı təşkilatların nəzarət etdiyi ərazilər olmayacaq”. 

Vasif ƏLİHÜSEYN

Chosen
6
3
adalet.az

4Sources