AZ

"İsrail və HƏMAS arasında aparılan danışıqlar imitasiya idi"

"İsrail

İsrail Qəzzanı tam nəzarətə almaq üçün geniş miqyaslı hərbi əməliyyatlara başlayıb. Havadan və qurudan həyata keçirilən əməliyyatda Qəzzadan HƏMAS-ı tam çıxarmaq və idarəetməni öz üzərinə götürməkdən ibarətdir.

Politoloq Məhəmməd Əsədullazadə "Xalq Cəbhəsi"nə deyib ki, ötən gün ABŞ dövlət katibi M.Rubio İsraildə səfərdə idi. Bu hərbi əməliyyatlar birbaşa D.Trampın dəstəyi ilə aparılır. Ərəb ölkələri və ABŞ arasında razılaşmaya görə İsrailə qarşı hərhansı bir addım atılmayacaq:

"Qeyd edim ki, İsrail və HƏMAS arasında aparılan danışıqlar imitasiya idi. İsrail növbəti mərhələdə Qəzzanı öz ərazisinə birləşdirməsi istisna deyil.

Bu genişmiqyaslı hərbi əməliyyatlardan sonra HƏMAS-ın Qəzzada fiziki varlığı mümkün görünmür. 2023-cü il 7 oktyabrda həyata keçirilən plan məhz Qəzzanın növbəti mərhələdə İsrailin ərazisinə birləşdirilməsi dururdu. Artıq Yaxın Şərqdə Hizbullah və HƏMAS fiziki olaraq məhv edilir. Bu silahlı təşkilatların nəzarət etdiyi ərazilər olmayacaq".

Cavid

Seçilən
11
3
xalqcebhesi.az

4Mənbələr