EN

Bəzi xarici universitetlər siyahıya düşməmək üçün TKTA-ya müraciət edirlər - Sədr

Bakı. Trend:

Tanınmayan ali təhsil müəssisələrinin siyahısı yalnız lisenziyavə akkreditasiyası olmayan qurumları əhatə edir.

Trend xəbərverir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA)İdarə Heyətinin sədri Tural Əhmədov mətbuat konfransındajurnalistlərin suallarını cavablandırarkən danışıb.

O bildirib ki, bu siyahının mövcudluğu bəzi yanlış yanaşmalarasəbəb olur:

“Elə düşünülməməlidir ki, bizdə hansısa ağ və ya qara siyahımövcuddur. Siyahıya yalnız lisenziyası və akkreditasiyası olmayanali təhsil müəssisələri daxil edilir. Əgər hər hansı biruniversitet sonradan bu tələbləri yerinə yetirirsə, siyahıyadəyişiklik olunur”.

Tural Əhmədov əlavə edib ki, bu siyahıda olmaq birbaşatanınmanın rədd olunması anlamına gəlmir:

“Bəzi ali təhsil müəssisələri həmin siyahıya daxil edilməməküçün birbaşa bizə müraciət edir. Onlar qanunvericiliyə uyğunşəkildə akkreditasiya almaq üçün
yerləşdikləri ölkələrdə müvafiq qurum tərəfindən bu məsələsiniqaldırırlar”.

Chosen
72
2
az.trend.az

3Sources