EN

Ağdamda cüdo üzrə kəmər dərəcələri imtahanı keçirilib

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Ağdam Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.

Fanat.Az xəbər verir ki, məlumatı qurumun mətbuat xidməti yayıb. 

İmtahanda Qarabağ və Şərqi Zəngəzur bölgəsindən 41 cüdoçu müvafiq yaş uyğunluğuna əsasən, ağ-sarı, sarı, narıncı, yaşıl və göy kəmər dərəcələri üzrə imtahan verib.

İmtahanı uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib. 

Chosen
29
4
fanat.az

10Sources