EN

Avropa Komissarı: Rusiyalılara tam turist vizası qadağası mümkün deyil - ÖZƏL

Avropa Komissarı, daxili işlər və miqrasiya məsələləri üzrə Magnus Brunner bildirib ki, Brüssel tam şəkildə Rusiya vətəndaşlarına turist vizalarının verilməsini qadağan etmək imkanına malik deyil. Olaylar.az xəbər verir ki, Brunner bu açıqlamanı Finlandiyanın Daxili İşlər Naziri Mari Rantanen ilə birgə keçirdiyi mətbuat konfransında verib. O, İtaliyanın ANSA agentliyinin Rusiyalılara vizaların sərtləşdirilməsi ilə bağlı yayılan xəbərlərindən bir neçə gün sonra danışıb. Komissar vurğulayıb ki, vizaların verilməsi məsələsi üzv ölkələrin səlahiyyətindədir və Avropa İttifaqı bütün üzv ölkələr üçün tam qadağa tətbiq edə bilməz. Eyni zamanda Brunner son illərdə viza qəbulunun əhəmiyyətli dərəcədə azaldığını qeyd edib: əvvəlki illərdə 5 milyon civarında olan vizalar indi 500 minə qədər azalıb ki, bu da "yaxşı bir göstəricidir". Euractiv portalının məlumatına görə, bəzi Avropa ölkələri Rusiya turistlərinin İttifaq ölkələrinə girişinə tam qadağa qoyulmasını dəstəkləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
27
olaylar.az

1Sources