EN

Diplomları ən çox tanınmayan məzunlar bu ölkələrdə təhsil alıb

Ən çox tanınmayan diplomlar əsasən Rusiya və Ukrayna ali təhsil müəssisələrindən olan məzunlara aiddir.

AzEdu.az xəbər verir ki, bu fikirləri Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov media üçün təşkil edilmiş brifinqdə qeyd edib.

Sədr bildirib ki, uğursuz nəticə göstərən kvalifikasiya sahibləri əsasən Rusiya Federasiyası və Ukrayna ali təhsil müəssisələrinin (ATM) payına düşür:

"6 oktyabr 2024-cü il tarixində DİM tərəfindən hüquqşünaslıq ixtisası üzrə təşkil edilən peşə imtahanında Rusiya Federasiyası ATM-lərindən əldə olunan kvalifikasiya sahiblərinin 70 faizi, Ukrayna ATM-lərindən əldə olunan kvalifikasiya sahiblərinin isə 63 faizi, həmçinin 30 yanvar 2025-ci il tarixində təşkil edilən imtahanda Rusiya Federasiyası ATM-lərindən əldə olunan kvalifikasiya sahiblərinin 84 faizi, Ukrayna ATM-lərindən əldə olunan kvalifikasiya sahiblərinin isə 94 faizi uğursuz nəticə göstərib".

Chosen
60
5
azedu.az

6Sources