FTX-nin yaydığı açıqlamada bildirilir ki, 1974-cü il təvəllüdlü qadın barəsində Rusiya Cinayət Məcəlləsinin 281-ci maddəsinin 1-ci hissəsi ("diversiya") üzrə cinayət işi açılıb və o, həbs qətimkan tədbiri ilə cəzalandırılıb. Bu maddə 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
İstintaq məlumatına əsasən, qadın avqust ayında verilmiş təlimatlara uyğun olaraq məişətdə mövcud komponentlərdən partlayıcı qurğu hazırlayıb, dəmir yolu xəttinə yerləşdirərək işə salıb. Hadisə anını mobil telefonla lentə alaraq kuratoruna göndərib və bunun müqabilində mükafat almağı planlaşdırıb.
FTX əlavə edib ki, hazırda əməliyyat-axtarış tədbirləri aparılır və saxlanılan şəxsin hərəkətlərində dövlətə xəyanət (CM-nin 275-ci maddəsi) və qanunsuz partlayıcı vasitələrin hazırlanması (CM-nin 223.1-ci maddəsi) əlamətlərinin olub-olmaması araşdırılır.