EN

“ABŞ-ın Belarus təlimlərində iştirakı əlaqələrin bərpası mesajıdır” - Politoloq

“ABŞ-ın Belarusdakı təlimlərdə iştirakı həm nəzarət, həm də əlaqələrin bərpası mesajıdır”.

Politoloq Orxan Nəbiyev News365.az-a açıqlamasında bildirib ki, ABŞ müşahidəçilərinin Belarus və Rusiyanın birgə təlimlərinə qatılması təsadüfi deyil və bunun bir neçə mühüm məqsədi var.

Onun sözlərinə görə, bundan əvvəl keçirilən Belarus–Rusiya təlimlərindən sonra Ukraynaya hərbi müdaxilə olmuşdu:
“İndi isə ABŞ-ın müşahidə qrupunu göndərməsi bir mesajdır: Biz buradayıq, nəzarət edirik. Bu, həm də Belarusla Qərb arasında müəyyən yaxınlaşmanı göstərir. Məsələn, Belarusun 57 siyasi məhbusu azad etməsi, əlavə olaraq minə yaxın şəxsin azadlığa buraxılması barədə qərarın gündəmdə olması təsadüfi deyil. Eyni zamanda, ABŞ Belarusun aviasiya şirkəti ‘Belavia’ üzərindəki sanksiyaların qaldırılması istiqamətində də fəaliyyət göstərir”.

Nəbiyev vurğulayıb ki, ABŞ-ın təlimlərdə iştirakı həm də psixoloji və hərbi baxımdan vacibdir:
“Bu, NATO üzvləri, xüsusən də ABŞ tərəfinin həm real döyüş hazırlığını, həm alternativ ssenariləri sınamasını, həm də kəşfiyyat xarakterli müşahidələr aparmasını göstərir”.

Ekspertin sözlərinə görə, ABŞ müşahidəçilərinin Rusiyanın ən yaxın müttəfiqi olan Belarus ərazisinə daxil olması Vaşinqtonun üstünlüyünü nümayiş etdirir:
“Bu, göstərir ki, Belarus Qərblə münasibətlərin normallaşdırılmasında və əməkdaşlığın qurulmasında maraqlıdır”.

Chosen
40
news365.az

1Sources