EN

Türkmənistanda Xəzər dənizi üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Türkmənistanın Xairic İşlər Nazirliyində Xəzər dənizi üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

APA xəbər verir ki, bu barədə Türkmənistan XİN məlumat yayıb.

2025-ci il sentyabrın 15-də Türkmənistan Xarici İşlər Nazirliyində Xəzər dənizi üzrə Yüksək Səviyyəli İşçi Qrupunun (YSİQ) on birinci iclasında Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Samir Şərifov da daxil olmaqla İran, Qazaxıstan, Rusiyadan olan nümayəndələr iştirak edib.

İclasa Türkmənistan nümayəndə heyətinin rəhbəri M. G. Atacanov sədrlik edib.

Görüşdə Xəzər dənizində əməkdaşlıq nəzərdən keçirilib və xarici işlər nazirlərinin növbəti görüşünə hazırlıqla bağlı məsələlər müzakirə olunub.

Bundan əlavə, tərəflər Xəzər dənizinin dayazlaşması ilə bağlı Xəzəryanı dövlətlərin işçi qrupunun yaradılması məsələsini nəzərdən keçiriblər.

Xəzər dənizi üzrə İşçi Qrupunun on birinci iclası öz işini davam etdirir.

Türkmənistanda
Chosen
40
3
apa.az

4Sources