EN

“Bir müddət onu efirə dəvət etməyəcəyik” Zümrüd Faiq Ağayev haqda danışdı

ain.az bildirir, Azxeber.com portalına istinadən.

Xəbər verdiyimiz kimi, Xalq artisti Faiq Ağayev ATV-də Zümrüd Bədəlovanın təqdimatında yayımlanan "Gün ortası" verilişinin yeni mövsümünün ilk buraxılışında qonaq olan zaman tərəflər arasında qalmaqal yaşanıb.

Şəxsi həyatı ilə bağlı ona ünvanlanan sualları bəyənməyən xalq artisti Zümrüd Bədəlovaya canlı yayımda iradını bildirərək bir il onunla əlaqə saxlamamasını bildirib.

Sosial şəbəkədə geniş müzakirələrə səbəb olan görüntülərə münasibət bildirən izləyicilər bunun mövsümün ilk buraxılışı üçün düşünülmüş süni qalmaqal olduğunu iddia ediblər.

AZXEBER.COM məsələ ilə bağlı aparıcı Zümrüd Bədəlova ilə əlaqə saxlayıb.

Baş verənlərə münasibət bildirən aparıcı iddiaları rədd edib:

"Burada düşünülmüş heç bir şey yox idi. Faiq Ağayev canlı yayım zamanı ona verilən sualları bəyənmədi, cavablandırmaq istəmədi. Əslində cavablandırdı, sadəcə öz fikrini də bildirdi. O sualları mən hazırlamıram. Bu bir rubrika idi. Aramızda küsülülük ola bilməz, o bizim sənətkarımızdır. Sadecə bir müddət onu efirə dəvət etməyəcəyik. Burada böyük və böyüdüləsi bir qalmaqal yoxdur. Sadəcə bəzi saytlar öz işlərinə yarayan kimi mənim dedikləri kəsərək, sadəcə Faiq bəyin çıxışını yayımlayaraq qalmaqal varmış kimi göstərməyə çalışırlar".

Xatırladaq ki, Zümrüd Bədəlovanın təqdimatında yayımlanan "Gün ortası" verilişindəki rubrikada, müğənniyə 17 yaşında ata olması və 25 yaşında oğlunun olması iddiaları haqda sual verilib. Ağayev iddiaları 1999-cu ildə təsdiqlədiyini və bu haqda ətraflı danışmaq istəmədiyini deyib.

Aysel Hacızadə

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
24
2
azxeber.com

3Sources