EN

ADY əlavə qatar reysləri təşkil edəcək

Artan sərnişin tələbatını nəzərə alaraq “Azərbaycan Dəmir Yolları” QSC sentyabrın 20-də Bakı–Ağstafa, sentyabrın 21-də isə Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.

XəzərNews.az ADY-ə istinadlaxəbər verir ki, bununla yanaşı, Bakı–Qazax–Bakı qatarları əvvəlki qrafik üzrə hər gün hər iki istiqamətdə sərnişinlərin xidmətində olacaq.

Hərəkət cədvəli və biletlərlə bağlı məlumatı ady.az rəsmi saytından, “ADY Mobile” tətbiqindən, dəmiryol kassalarından, eləcə də 7/24 fəaliyyət göstərən 1822 Çağrı Mərkəzindən əldə etmək mümkündür.

Xəbər 2 dəfə oxunub.
Chosen
25
xezernews.az

1Sources