EN

Bütün dünya Azərbaycan xalqını haqlı olaraq müzəffər xalq kimi tanıyır

ain.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

“44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra əsas hədəf 30 il işğal altında qalan, ermənilər tərəfindən tamamilə dağıdılıb yerlə-yeksan edilən ərazilərimizin yenidən qurulması və bərpasıdır.  

Azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işləri keçmiş məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtmasına hədəflənib. Böyük Qayıdış Proqramının birinci mərhələsi üçün əsas hədəf 140 min keçmiş məcburi köçkünün qayıdışının təmin edilməsidir. Qısa zamanda görülən  genişmiqyaslı bərpa-quruculuq işlərinin fonunda soydaşlarımızın  qayıdış ünvanlarının sayında artım hər birimizi qürurlandırır.  

Dövlət başçısı İlham Əliyevin mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzura səfərləri çərçivəsində bu torpaqlara qayıdan sakinlərlə görüşləri qürirverici məqamlardandır. Artıq Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir, bu torpaqlarda yeni həyat başlayıb. Tarixi Zəfərimizdən dərhal sonra başlanan bərpa-quruculuq işləri, icra edilən “ağıllı şəhər” və “ağıllı kənd” layihəsi çərçicvəsində ilk olaraq sakinlərinə qovuşan Zəngilanın Ağalı kəndindən başlayan köç prosesi hazırda davamlılığı ilə diqqətdədir. Dövlət başçısı İlham Əliyev hər bir müsahibəsində, çıxışında, beynəlxalq əhəmiyətli tədbirlərdə daim diqqəti Böyük Qayıdış Proqramına əsasən görülən işlərə və soydaşlarımızın mərhələ-mərhələ bu torpaqlara qayıdışına yönəldir. Birinci mərhələdə 8 şəhərin və 100 kəndin yenidən qurulması əsas hədəf kimi qarşıya qoyulub.  

Artıq bu məqsədin reallığa çevrildiyi göz qabağındadır. Belə ki, sakinlərinə qovuşan Laçın, Füzuli, Xocalı, Şuşa, Cəbrayıl, Kəlbəcər şəhərləri ilə yanaşı xeyli sayda kəndlərimiz və qəsəbələrimiz də bərpa edilib. Dövlət başçısı İlham Əliyevin bu günlərdə Füzuli, Xocavənd, Xocalı rayonlarına və Xankəndi şəhərinə səfəri çərçivəsində Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin, həmçinin Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşü də bunun təsdiqidir”.

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili tarixi Zəfərimizin növbəti zəfərlərə yol açmasında bəhs edərək vurğulayıb ki, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpası ilə Xocalı, Xocavənd, Xankəndi, Ağdərə azad edildi: “Qısa zamanda bu ərazilərimizdə görülən işlər cənab İlham Əliyevin sözügedən səfərində özünün aydın ifadəsini tapır. Dövlətimizin başçısı   Xocavənd rayonunun Hadrut qəsəbəsində oldu, həmçinin qəsəbədə inşa olunmuş məscidin açılışında iştirak etdi. Bu məscidin təməli dövlətimizin başçısı İlham Əliyev tərəfindən 2021-ci ilin oktyabrında qoyulub. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra həmin ərazilərimizdə Ermənistan tərəfindən dağıdılmış dini-tarixi abidələrin əvvəlki görünüşünə uyğun bərpası, həmçinin yeni məscidlərin inşası istiqamətində ardıcıl işlər görülür. Dövlət başçısı Xocavənd rayonunun Sos kəndində də oldu.  Bu kəndə indiyədək 10 ailə   qayıdıb.  Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində,  Xocalı rayonunun Şuşakənd, Seyidbəyli, Daşbulaq, Badara   kəndlərində olan cənab İlham Əliyev  Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşdü. Səfər çərçivəsində dövlətimizin başçısı Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında iştirak etdi. Ölkə Prezidentinin Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin, həmçinin Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşü tarixi Zəfərimizə, suverenliyimizin tam bərpasına gedən yolun, azad edilmiş  torpaqlarda görülən işlərin təqdimatı oldu”.

Malik Həsənov qeyd edib ki, dövlətimizin başçısı tarixi günlər yaşadığımızı böyük qürur hissi ilə vurğuladı. “Bu gün biz bu gözəl Qarabağ diyarında yığışmışıq” söyləyərək onu da əlavə etdi ki, bunun əsas səbəbi xalqımızın birliyidir və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə almasıdır. Biz bütün dünyaya sübut etmişik ki, güclü, iradəli xalqıq, döyüş meydanında da qələbə qazanmışıq, sülhə də hər zaman hazır idik. Amma sülh ədalətli, beynəlxalq hüquq və tarixi ədalət üzərində sülh olmalı idi. Son beş ilin tarixi onu göstərdi ki, heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilmədi. 2023-cü ilin sentyabr hadisələri, antiterror əməliyyatı bir daha göstərdi ki, heç kim bizim qabağımızda dura bilməz. Çünki bizim işimiz haqq işidir, biz öz torpağımız uğrunda vuruşmuşuq, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, amma öz torpağımızdan bir qarış belə heç kimə güzəştə gedən deyilik və bunu sübut etmişik. Bu gün bütün dünya Azərbaycan xalqını haqlı olaraq müzəffər xalq kimi tanıyır.

Millət vəkili dövlətimizin başçısının hər bir çıxışının mühüm çağırışlarla, hədəflərlə zəngin olduğunu xüsusi vurğulayıb: “Cənab İlham Əliyevin sözügedən görüşləri bu baxımdan da diqqətdə oldu. Ölkə Prezidenti bildirdi ki, bu gün haqlı olduğumuzu bir daha burada sübut edirik. Onlar şəhər və kəndlərimizi yerlə-yeksan etmişdilər, biz isə qurub-yaradırıq. Bütün Qarabağ, bütün Şərqi Zəngəzur tikinti meydançasıdır. Qısa müddət ərzində bu gözəl evlərin bərpası, tikintisi, bütün infrastrukturun yaradılması gücümüzü, niyyətimizi göstərir. Əsas odur ki, bütün siyasi addımlarımızın mərkəzində Azərbaycan vətəndaşı dayanır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
47
3
modern.az

4Sources