EN

Bu axşam "Qarabağ" "Benfika" ilə qarşılaşacaq


Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinə start veriləcək. Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ" da əsas mərhələdə mübarizəyə başlayacaq.

Son ölkə çempionu ilk sınağına Portuqaliyada çıxacaq. İkinci dəfə turnirin həlledici mərhələsinə vəsiqə qazanan Ağdam təmsilçisi Lissabonda "Benfika"nın qonağı olacaq. "Da Luş" stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı belçikalı FIFA referisi Erik Lambrexts idarə edəcək.

Mətləb

Chosen
23
3
baki-xeber.com

6Sources