2026-cı ildə Azərbaycanda orta aylıq əməkhaqqının 1 170,8 manata çatacağı proqnozlaşdırılır.
Publika.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama”sında əksini tapıb.
Məlumata görə, 2027-ci ildə bu göstərici 1 246,8 manat, 2028-ci ildə 1 327,6 manat, 2029-cu ildə isə 1 411,8 manat səviyyəsində olacaq.