EN

Ölkəmizdə donorluq mədəniyyəti inkişaf edir- ÖZƏL

Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Qan Bankı bölməsi ilə Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi (AQDİM) arasında rəsmi görüş keçirilib. "Olaylar" xəbər verir ki, bu barədə məlumat verən Milli Məclisin deputatı Ceyhun Məmmədovun sözlərinə görə, bu görüş  ölkəmizdə qan donorluğu sahəsində əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu görüşün əsas məqsədi qan ehtiyatlarının artırılması, donor proqramlarının daha səmərəli təşkili və gələcək birgə fəaliyyət istiqamətlərini müəyyənləşdirmək olmuşdur: "Donorların cəlb edilməsi, qanvermə aksiyalarının daha geniş miqyasda təşkili, irsi qan xəstəliklərindən əziyyət çəkən ailələrə qayğı göstərilməsi, həmçinin klinik və pedaqoji təlimlərin keçirilməsi ilə bağlı ətraflı müzakirələr apardıq. Donorların hüquqlarının qorunması və qanvermə prosedurlarının beynəlxalq standartlara uyğun icra edilməsini də əsas prioritetlərdən biri kimi vurğuladıq.
Xüsusilə qeyd  etdik ki, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə bu sahədə həyata keçirilən layihələr Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Qan Bankı bölməsi ilə Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi (AQDİM) arasında rəsmi görüş keçirilib. mühüm töhfə verir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərin sosial müdafiəsi və müasir tibbi xidmətlərə çıxış imkanlarının artırılması istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur.
Bu kontekstdə biz də Müdafiə Nazirliyinin və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin bu əməkdaşlığını yüksək qiymətləndirir, göstərilən dəstəyə görə müdafiə naziri, cənab general-polkovnik Zakir Həsənova dərin təşəkkürümüzü bildiririk. Əminik ki, hazırlanacaq birgə fəaliyyət planı çərçivəsində həyata keçiriləcək təlimlər, maarifləndirici tədbirlər və qanvermə aksiyaları ölkəmizdə donorluq sahəsinin inkişafına mühüm töhfə verəcəkdir.
Bu əməkdaşlıq, həm Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Qan Bankı bölməsinin, həm də Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin fəaliyyətlərinin daha koordinasiyalı və effektiv şəkildə həyata keçirilməsinə şərait yaradacaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
38
olaylar.az

1Sources