EN

İsrail Qəzzada quru əməliyyatına başladı - Tanklar şəhərin mərkəzində

ABŞ dövlət katibi Rubionun səfərindən dərhal sonra İsrail ordusu tanklarla Qəzza şəhərinə daxil olub. ABŞ prezidenti Tramp genişmiqyaslı işğal planını dəstəklədiyi halda, israilli girovların ailələri Netanyahuya xəbərdarlıq edib. Həmas, "Girovların taleyi terrorçu Netanyahu hökumətinin əlindədir" - deyib.

Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, İsrail ordusu Qəzza şəhərinin mərkəzində yeni quru əməliyyatına başlayıb .
Fələstin və ABŞ mətbuatının məlumatına görə, İsrail tankları Qəzzanın mərkəzinə daxil olub.
İsrail ordusuna məxsus pilotsuz təyyarələr və Apaçi helikopterləri də Qəzzaya intensiv hava zərbələri endirib.
İsrail mediası həmçinin Qəzza şəhərindəki partlayışların Tel-Əviv və digər mərkəzi şəhərlərə qədər eşidildiyini, cənubdakı Netivot qəsəbəsində isə pəncərələrin sındığını bildirib.



Chosen
12
manset.az

1Sources