EN

Qarabağda müəllim işə qəbulu: kimlərə üstünlük verilir? - Nazir AÇIQLADI

Qarabağ Universitetində müəllimlərin işə qəbulu üçün əsas meyar var.

AzEdu.az-ın xəbərinə görə, bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin "Hədəf" proqramında deyib.

Nazir bildirib ki, Qarabağa qayıdış o qədər müqəddəsdir ki, müəllimlər burada fəaliyyət göstərməyə böyük həvəslə yanaşırlar.

"Hətta Ağalı kənd tam orta məktəbində müəllimlər üçün 12 vakant yer boş qalmışdı, lakin ora 800-dən artıq müəllim müraciət etmişdi. Yəni, müəllim təşviqi ilə bağlı problem yoxdur.

Bəs bu işə qəbuldakı əsas meyar nədir? Seçimdə “Böyük Qayıdış” konsepsiyası ilə öz yurduna qayıdan şəxslərə üstünlük verilir. Əgər köçən şəxslər arasında müəyyən fənn üzrə müəllimlər yoxdursa, həmin yerlər yaxın kəndlərdən seçilir. Bu da mümkün olmadıqda, vakant yerlər müsabiqə əsasında doldurulur".

Chosen
19
2
azedu.az

3Sources