EN

Bu nişana aldanıb sola keçən sürücüləri cərimə gözləyir: Diqqətli olun! VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Bakı-Sumqayıt yolunda nişana baxmayan sürücülər qaydaları pozurlar. Avtosfer.az xəbər verir ki, Masazır dairəsindən üzü Sumqayıt istiqamətinə sağ hərəkət hissəsilə irəliləyən sürücülər, qarşıda ayırıcı zolağın kəsiyindən sola keçərək əsas hərəkət hissəsinə daxil olurlar. Onlar maneəni sağdan və soldan keçməni bildirən nişanı əsas götürərək bu hərəkətə yol verirlər.

Qeyd edək ki, ayırıcı zolağın kəsiyinə çatmadan əvvəl, hərəkətin düzünə məcburiliyini bildirən nişan quraşdırılıb. Lakin sürücülər bu nişana əhəmiyyət vermədikləri üçün qaydaları pozmuş hesab olunurlar. Oradan hərəkət hissəsinin sol tərəfinə keçən sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə 40 manat məbləğində cərimə oluna bilərlər.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
24
avtosfer.az

1Sources