EN

2025-ci ildə dövlət borcu azalacaq

Azərbaycanın dövlət borcu 2025-ci ilin sonunda 25,404.1 milyon manat təşkil edəcək, bu da 2024-cü ilin sonu ilə müqayisədə 1,976.1 milyon manat azalma deməkdir. Bu barədə Maliyyə Nazirliyinin 2026-cı ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında qeyd olunur. 

2024-cü ildə dövlət borcu 27,380.2 milyon manat olub.

2026-cı il üçün borcun yenidən artaraq 27,051.7 milyon manata çatacağı proqnozlaşdırılır.

Xalis birbaşa dövlət borclanması 2024-cü ildə 529.8 milyon manat təşkil etdiyi halda, 2025-ci ildə mənfi 1,976.1 milyon manat, 2026-cı ildə isə 1,647.6 milyon manat səviyyəsində gözlənilir.

Eyni zamanda, dövlət borcuna xidmət xərcləri 2024-cü ildə 1,295.6 milyon manat olmuş, bu göstəricinin 2025-ci ildə 2,399.6 milyon manata, 2026-cı ildə isə 2,457.6 milyon manata yüksələcəyi proqnozlaşdırılır.

Gülnar Nazimqızı 

Chosen
16
anews.az

1Sources