EN

Türkiyə Rusiyadan aldığı S-400-ləri geri qaytarır? - AÇIQLAMA

Türkiyənin 2017-ci ildə Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemləri ilə bağlı yeni iddia ortaya atılıb. Bəzi xarici KİV-lər Türkiyənin Rusiyadan 2,5 milyard dollara aldığı S-400 batareyalarını Rusiyanın ehtiyac və tələblərinə uyğun olaraq Rusiyaya qaytara və ya yenidən sata biləcəyini iddia edib.

Modern.az xəbər verir ki, S-400 sisteminin satışı ilə bağlı şayiələrdən sonra Türkiyə tərəfi Rusiya mətbuatına açıqlama verib. Türkiyə mənbələri “RİA Novosti”yə bildiriblər ki, Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərinin satışı və ya geri qaytarılması ilə bağlı xəbərlər yalandır və belə bir vəziyyət yoxdur. Türkiyə mənbələrinin "Bu mesajları haradan almısınız? Belə bir vəziyyətdən söhbət gedə bilməz" dediyi bildirilir.

Türkiyə 2017-ci ildə Rusiyadan 2,5 milyard dollara iki S-400 almaq üçün müqavilə imzalayıb. S-400-lərin ilk tədarükü 12 iyul 2019-cu ildə alınıb və görüntülər dünyaya yayılıb. Rusiyanın TASS xəbər agentliyi S-400 hava hücumundan müdafiə sisteminin Türkiyəyə üç partiyada təhvil veriləcəyini açıqlayıb.

Chosen
45
1
modern.az

2Sources