EN

Bu Universitet tələbə qəbulu göstəricisinə görə rekord vurdu

Yazını böyüt
Yazını kiçilt

"Naxçıvan Dövlət Universitetinə builki tələbə qəbulu universitetin yaranmasından bu günə qədər ən rekord göstərici olub. Eyni zamanda 600-700 intervalında bal toplayanlardan Naxçıvan Dövlət Universitetini seçən tələbələrin sayı da rekord həddə çatıb. Ötən il bu rəqəm həmin intervalda 41 tələbəni əhatə edirdisə, bu il 152-yə çatıb".

Hafta.az xəbər verir ki, bu sözləri Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev jurnalistlərə müsahibəsində deyib.

Rektor qeyd edib ki, ötən il və builki tədris ilində 600-700 intervalında bal toplayan tələbələrin müəllimlik ixtisasını seçməsi sevindiricidir:

"Xüsusilə bu il riyaziyyat müəllimliyi ixtisasında 600-dən yuxarı bal toplamış tələbələrin gəlişi və onların gələcək hədəf kimi məhz riyaziyyat müəllimliyini seçməsi bizim üçün gələcəkdə pedaqoji hazırlığın da keyfiyyətinə öz təsirini göstərəcək. Eyni zamanda iqtisadiyyat, mühəndislik ixtisaslarına tələbə qəbulundakı yüksək nəticələr də həm bizi sevindirir, həm də qarşımıza böyük vəzifələr qoyur".

Rektorun sözlərinə görə, universitetdə əcnəbi tələbə qəbulunun coğrafiyası da genişlənib:

“Bu günə qədər əgər 15 ölkədən tələbə qəbul edirdiksə, bu il bu rəqəm 20-dən artıq olub. Bu gün ölkə üzrə NDU 2 minə yaxın əcnəbi tələbəsi olan lider universitetlərdən sayılır. Təkcə bu il 200-dən artıq tələbə qəbulunu həyata keçirmişik və ilin sonuna kimi bu rəqəm dəyişilə də bilər, eləcə də tədris ilində yeni əcnəbi tələbə gəlişini də gözləyirik”.

Chosen
21
2
hafta.az

3Sources