EN

Əvvəl Polşa, indi də Rumıniya... Rusiyanın növbəti hədəfi hansı ÖLKƏ OLACAQ?

Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Son günlər cərəyan edən proseslər göstərdi ki, Rusiya artıq Ukrayna ilə kifayətlənməyərək, NATO ölkələrini də hədəf almağa başlayır.Rusiyanın sentyabrın 10-da Polşaya, ardınca da Rumıniyaya PUA hücumu belə düşünməyə əsas verir.

 

MÖVZU İLƏ BAĞLI:Peskov: “NATO Rusiya ilə defakto müharibə aparır”

Kreml bununla Qərbin gücünü, birliyini sınağa çəkməyi düşünüb və demək olar ki, bu istəyinə də ümumən nail olub. Çünki bir tərəfdən, bu PUA hücumları NATO-nun prosesə hazırlıqsız olduğunu ortaya qoydu. Digər tərəfdən isə, NATO-nun əsas dayağı sayılan ABŞ-ın baş verənlərə reaksiyası da NATO-nun təşvişə düşdüyünü göstərdi. Bəzi ekspertlər Rusiyanın bu addımını “qaynadılan qurbağa” eksperimentinə bənzədirlər.Qeyd edək ki, sözügedən eksperimentə əsasən, qurbağa qaynar suya atıldıdıqda, dərhal ordan çıxmağa çalışır. Lakin onu soyuq suya qoyub, istiliyi yavaş-yavaş artırsaq, qurbağa təhlükəni hiss etmədən, yavaş-yavaş öləcək.Yəni Rusiya da, NATO-nu yavaş-yavaş “sıxmaq”la oxşar təcrübəni həyata keçirir.Görəsən, Kreml bu addımlarına davam edəcək?Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirdi ki, Qərblə Şərq əbədi düşmənlərdir və hazırda bu mübarizədə Qərb uduzan tərəfdir.“Vaxtaşırı Şərqlə Qərbin toqquşması baş verir. Ən azı hər 100 ildən bir onlar arasında toqquşma baş verir. Napoleon dövrünü, hər iki dünya müharibələrini yada salaq. Məsələ ondadır ki, onlar ekzestensial, yəni əbədi düşməndirlər. Hər ikisi də çalışır ki, bir-birini zəiflətsin və bu prosesdə indilikdə Qərb bir qədər geriləyir.Adətən Rusiyanın bacarığı qarşıdurma kampaniyasına qatıldıqdan sonra güclənir. Təcrübələr də göstərir ki, onlar qarşıdurma zamanı özlərini toparlaya, səfərbər edə, yox yerdən qeyri-adi gedişlər edə bilirlər. NATO isə süst vəziyyətdədir.Onların müqavimət bacarığı aşağı səviyyədədir. Rusiya da bunu bilir. Onun hərbi sənayesi intibah dövrünə qədəm qoyub. Odur ki, proseslərin fövqündə Rusiyanın artıq qorxmadığını görürük və onlar prosesdən geri çəkilmir. Ölkə daxilində də müharibə əhval-ruhiyyəsi hökm sürür”.Bu səbəbdən həmsöhbətimiz Polşa və Rumıniyanın ardınca anoloji və hətta daha kəskin vəziyyətlə digər NATO ölkələrinin üzləşəcəyini də istisna etmədi: “Bu baş verəcək, çünki qaçılmazdır. NATO Rusiyadan qorxur. Tramp Amerikası da Avropanı yalnız qoyur. O ölkələr ki, Rusiyaya qarşı çıxaraq Qərbin yedəyində gedib, onların hamısı Moskva tərəfindən nəzərə alınır. Süjet xətti gərginləşir. Belədə ən gözlənilməz gedişləri də görə bilərik. Bu da böyük dünya müharibəsi anlamına gələn bir qarşıdurmadır”.Moskva Qərbə meydan oxumaq iqtidarındadır.Həmsöhbətimizin fikrincə, Rusiya göstərdi ki, o zəifləmir, əksinə güclənir:“Onun böyük xammal ehtiyatı var, onlar həmçinin ustalıqla ixracı əvəzetmə sistemini qüvvəyə mindirə biliblər”.Rüfət Sultan, Bizim.Media  

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
26
1
bizim.media

2Sources