EN

Yasamalın intizamsız sürücüləri: Qırmızı işıqda dayanmırlar VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Bakıda yolayrıcının keçilməsi qaydasını pozan sürücülər kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Belə ki, 77-NN-270 qeydiyyat nişanlı "KIA" markalı avtomobilin sürücüsü sentyabrın 14-də, paytaxtın İsmayıl Talıblı küçəsində hərəkətdə olarkən qaydaları kobud şəkildə pozub. O, qoşa xəttin tələbini pozaraq əks yola çıxıb, daha sonra isə svetoforun qırmızı işığında dayanmadan hərəkətinə davam edərək sağa dönüb.

10-PC-317 qeydiyyat nişanlı "Fiat" markalı avtomobilin sürücüsü də sentyabrın 15-də, paytaxtın Zahid Xəlilov küçəsilə hərəkətdə olarkən qırmızı işıqda dayanmayıb. O, gəldiyi sürətlə yolayrıcına daxil olub və sonra A.M.Şərifzadə küçəsinə dönərək yoluna davam edib.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
32
avtosfer.az

1Sources