EN

Özbəkistan Rusiyaya nota verdi

Özbəkistanın Xarici İşlər Nazirliyi Rusiyada respublika vətəndaşlarına edilən hücumlara görə etirazını bildirib.

Bizim.Media gazeta.uz-a istinadən xəbər verir ki, bu barədə ölkənin Vladivostokdakı baş konsulu Yusup Kabuljanov açıqlama verib.

“Rusiya XİN-in Vladivostokdakı nümayəndəliyinə və Primorsk diyarı prokurorluğuna bu məsələ ilə bağlı bütün müvafiq tədbirlərin görülməsi zərurəti barədə notalar göndərilib”, – deyə diplomat bildirib.

Məlumata görə, sosial şəbəkələrdə Özbəkistan vətəndaşlarına hücum anlarını əks etdirən videolar yayılıb. Bir neçə maskalı şəxsin iştirak etdiyi hücumlarda zərərçəkənlərdən biri taksi sürücüsü olub.

Son günlər Rusiyanın müxtəlif şəhərlərində miqrantlarla bağlı zorakılıq hadisələri artıb.

Yaxınlarda Moskvada miqrantlar səhv park edilmiş avtomobillərin evakuasiyası ilə məşğul olan yol inspektoruna hücum ediblər. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 318-ci maddəsi (“Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqi”) üzrə cinayət işi açılıb və təqsirləndirilən şəxslər həbs olunub.

Sankt-Peterburqda isə bir miqrant küçədə tanımadığı adama bel ilə xəsarət yetirib. Hadisə 1-ci Sovet küçəsində qeydə alınıb.


Bizim.Media

Chosen
38
bizim.media

1Sources