EN

16 yolda tıxac var – Siyahı


Paytaxt Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın sıxlığı müşahidə olunur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, hal-hazırda sıxlıq olan yollar aşağıdakılardır:
1. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
 2. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
 3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
 4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
 5. "20 Yanvar" dairəsində;
 6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
 7. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
 8. Babək prospekti, mərkəz istiqamətində;
 9. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;
 10. Mirzə Qədim İrəvani küçəsi, Koroğlu Rəhimov küçəsi istiqamətində;
 11. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
 12. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
 13. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
 14. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
 15. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
 16. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.
Chosen
27
49
yeniavaz.com

10Sources