EN

İsrail Qəzzaya 20 dəqiqədə 37 zərbə endirdi

İsrail Qəzzaya nəzarəti ələ keçirmək məqsədilə 15 sentyabrda hücuma başlayıb. SİA xəbər verir ki, "Ynet" portalının yaydığı məlumata görə, İsrail Qəzza şəhərinə 20 dəqiqə ərzində 37 zərbə endirib. İsrail Müdafiə Qüvvələri (İMQ) pilotsuz uçuş aparatları və helikopterlərdən istifadə edib, həmçinin artilleriya atəşi açıb. İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində bir sutka ərzində 62 nəfərin həlak olduğu bildirilir. Yaralıların sayı isə dəqiqləşdirilməsi.

Chosen
47
sia.az

1Sources