EN

Modriç İtaliya çempionatının 64 illik rekordunu qırdı

"Milan"ın yarımmüdafiəçisi Luka Modriç İtaliya çempionatında qol vuran ən yaşlı yarımmüdafiəçi olaraq tarixə düşüb. O, eyni zamanda, "rossoneri" formasını geyinmiş Nils Lidholmun 64 il əvvəl qeydə alınmış rekordunu (38 yaş və 169 gün - 26 mart 1961-ci ildə "İnter"ə qarşı matçda) yeniləyib.

Milli.Az xəbər verir ki, Modriç İtaliya çempionatının 3-cü turunda "Bolonya" ilə keçirilən matçda (1:0) qol vurub.

Qeyd edək ki, 39 yaşlı Luka Modriç yay transfer pəncərəsində azad agent statusu ilə "Real Madrid"dən "Milan"a keçib.

Milli.Az

Chosen
26
3
milli.az

4Sources