EN

2026-cı ildə dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri açıqlandı

2026-cı ildə dövlət büdcəsində proqnozlaşdırılan gəlir və xərcləri açıqlanıb.

 

Bu, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”sında əksini tapıb.

 

Gələn il dövlət büdcəsinin gəlirləri ÜDM-in 28,6 faizi həcmində yəni 38,423.0 milyon manat nəzərdə tutulur ki, bunun da 42,6 faizi və ya 16,350.0 milyon manatı neft-qaz sektorunun, 57,4 faizi və ya 22,073.0 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür.

 

2026-cı il üçün 41548,6 milyon manat (ÜDM-in 31,0 faizi) həcmində proqnozlaşdırılan dövlət büdcəsi xərclərinin 24771,7 milyon manatı və ya 59,6 faizi cari xərclərə, 14319,3 milyon manatı və ya 34,5 faizi əsaslı xərclərə, 2457,6 milyon manatı və ya 5,9 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönələcəyi proqnozlaşdırılıb.

 

Qeyd edək ki, 2025-ci il dövlət büdcəsinin gəlirləri 38 356 000,0 min manat, xərcləri 41 407 600,0 min manat proqnozlaşdırılıb. Beləliklə, 2026-cı ildə dövlət büdcəsinin gəlirlərində 67 milyon manat (0,17 faiz), xərclərində 141 milyon manat (0,34 faiz) artım nəzərdə tutulub.

Tarix: 16 Sentyabr 2025, 08:03   
Chosen
46
10
pravda.az

10Sources