EN

Dünya üçün yeni böhran: ölkəmizə də yaxınlaşır Bir qərarla dəyişəcək

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ-da Federal Ehtiyat Sisteminin (FED) İdarə Heyətinin üzvü Liza Kukun işdən çıxarılması ətrafında ciddi hüquqi mübahisə yaranıb. Prezident Donald Tramp onu saxta ipoteka müraciətlərində ittiham edərək vəzifəsindən uzaqlaşdırsa da, məhkəmə Kukun tərəfini tutaraq qərarı qanunsuz sayıb.

FED rəhbərliyində baş verənlər maliyyə bazarlarına necə təsir göstərə bilər? 

Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, artıq bu qalmaqal bazarlara təsir göstərir:

“Gözlənilir ki, apellyasiya məhkəməsi FED-in növbəti faiz dərəcəsi qərarına qədər yekunlaşacaq və nəticə monetar siyasətə birbaşa təsir edəcək. D.Tramp FED-ə ciddi təzyiq göstərir və faiz dərəcələrinin azaldılmasını tələb edir. Qurum isə inflyasiya risklərini əsas gətirərək yüksək faiz dərəcələrini qoruyur. FED-in müstəqilliyinin zəifləməsi dolların dəyərinə mənfi təsir edəcək, hətta gözləntilərin özü belə dolların zəifləməsinə səbəb ola bilər. Əgər FED müstəqilliyini itirsə, hökumət faiz dərəcələri ilə bağlı qərarlara birbaşa təsir göstərə biləcək. Nəticədə qurum hökumətin siyasi iradəsinə tabe olacaq və Trampın istədiyi şəxslərlə formalaşdırılacaq. Bu isə FED-in qərarvermə və proqnozlaşdırma qabiliyyətini zəiflədə, ABŞ-ın monetar siyasətini hökumətin bir “monetar nazirliyinə” çevirə bilər”.

Elçin Rəşidov

İqtisadçı qeyd edib ki, bu prosesin qlobal təsirləri də mümkündür:

“Dolların zəifləməsi və inflyasiya ixracı digər ölkələrdə, o cümlədən Azərbaycanda iqtisadi riskləri artıra bilər. Burada xüsusilə qeyri-neft sektoruna mənfi təsiri, bazarlarda volatilliyin artırılması ilə investorların dollardan uzaqlaşıb qızıl və kriptovalyutaya yönəlməsi gündəmdədir. Əgər məhkəmə Liza Kukun vəzifədə qalmasına şərait yaradarsa, FED-in müstəqilliyi qorunar, faiz dərəcələri ilə bağlı qərarlar bazar gözləntiləri və iqtisadi göstəricilərə əsaslanar, inflyasiya təhlükəsi nisbətən zəifləyər”.

Ləman İmran

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
53
1
globalinfo.az

2Sources