EN

İsrailin Qəzzaya hücumu nəticəsində 8 nəfər ölüb

İsrailin Qəzza şəhərində başlatdığı əməliyyatın ilk saatlarında həlak olan və yaralananlar var.

Operativ Media bu barədə "Aljazeera"ya istinadən xəbər verir.

Bildirilib ki, İsrail qüvvələri Qəzza şəhərinin şimalında yerləşən bir evi bombalayıb. Nəticədə azı səkkiz nəfər həlak olub, 50-dən çox insan yaralanıb.

Qeyd edək ki, İsrail Qəzza şəhərinə genişmiqyaslı əməliyyata başlayıb.

Chosen
46
operativmedia.az

1Sources