EN

Tramp istəsə, hücumu dayandıra bilərdi – Netanyahu

İsrail Baş naziri Benyamin Netanyahu İsrailin Qətərin paytaxtı Dohaya olan hücumundan təxminən bir saat əvvəl ABŞ Prezidenti Donald Trampla telefonla danışıb.

Axar.az xəbər verir ki, bu barədə “Axios”a adı gizli saxlanılan israilli rəsmilər məlumat verib.

Məlumata görə, İsrail rəsmiləri Netanyahunun ABŞ-da yerli vaxtla səhər saat 8:00-da Trampa zəng etdiyini və Qətərə hücumun isə səhər saat 8:51-də baş verdiyini bildirib.

Bundan əlavə, mənbələr görüş zamanı heç bir raket atılmadığını və Trampın etiraz edəcəyi təqdirdə İsrailin geri çəkilə biləcəyini iddia edib.

“Tramp raketlər atılmadan əvvəl hücumdan xəbərdar idi. Trampla Netanyahu arasında əvvəlcə siyasi səviyyədə, sonra isə hərbi kanallarla danışıqlar oldu. Tramp yox demədi”, - deyə adı açıqlanmayan şəxslərdən biri deyib.

Digər rəsmi şəxslər isə Trampa kifayət qədər xəbərdarlıq edildiyini vurğulayaraq qeyd edib ki, Ağ Ev rəhbəri hücumu dayandırmaq istəsəydi edə bilərdi, amma etməyib.

Chosen
73
1
axar.az

10Sources