Rusiyanın Kamçatka diyarının Petropavlovsk-Kamçatsk şəhəri yaxınlığında 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Bildirilib ki, təbii fəlakətin episentri Petropavlovsk-Kamçatskidən 150 kilometr şərqdə yerləşib. Zəlzələnin ocağı isə 25 kilometrdən çox dərinlikdə olub. pizza sifarişi
Məlumata görə, diyar sakinləri yeraltı təkanları hiss ediblər.
Sunami təhlükəsi elan olunmayıb./Oxu.az
Telegram kanalımız