1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Azərbaycanlı yeniyetmə pilot Davin Cəfərov Portuqaliyanın Leiria şəhərində keçirilən turnirdə fəxri kürsüyə qalxıb.
Oxu.Az "Report" a istinadən xəbər verir ki, yarış kəskin döngələrə malik, uzunluğu 1006 metr olan Beynəlxalq Kartodromo de Leiria trekində keçirilib.
Kartinq üzrə X30 kateqoriyasında keçirilən yarışda 18 pilot iştirak edib. Birincilik şansı yüksək olan Davin sonda rəqibindən 0.01 saniyə geri qalıb.
Bu yarışda iştirakdan sonra Davinə sentyabrın 26-dan 28-dək Bombarralda keçiriləcək ROTAX kateqoriyasında yarışa dəvət gəlib.
Davin burada "BirelArt" komandasının tərkibində çıxış edəcək.
Pilotumuz sentyabrın 29-da İtaliyanın Lonato şəhərinə yollanaraq kartinqdə BMB kateqoriyası üzrə keçiriləcək "World Grand Final" birinciliyində qüvvəsini sınayacaq.
Dünya çempionatı oktyabrın 1-5-də baş tutacaq. Bu yarışa Avropa, Şimali və Cənubi Amerika, Afrika və Asiyadan pilotlar qatılacaqlar.














