AZ

Azərbaycanlı pilot beynəlxalq turnirdə ikinci yeri tutdu

Azərbaycanlı yeniyetmə pilot Davin Cəfərov Portuqaliyanın Leiria şəhərində keçirilən turnirdə fəxri kürsüyə qalxıb.

Bakıvaxtı.az xəbər verir ki, yarış kəskin döngələrə malik, uzunluğu 1006 metr olan Beynəlxalq Kartodromo de Leiria trekində keçirilib.

Kartinq üzrə X30 kateqoriyasında keçirilən yarışda 18 pilot iştirak edib. Birincilik şansı yüksək olan Davin sonda rəqibindən 0.01 saniyə geri qalıb.

Bu yarışda iştirakdan sonra Davinə 26-dan 28-dək Bombarralda  keçiriləcək ROTAX kateqoriyasında yarışa dəvət gəlib.

Davin burada "BirelArt" komandasının tərkibində çıxış edəcək.

Pilotumuz sentyabrın 29-da İtaliyanın Lonato şəhərinə yollanaraq kartinqdə BMB kateqoriyası üzrə keçiriləcək "World Grand Final" birinciliyində qüvvəsini sınayacaq.

Dünya çempionatı 1-5 oktyabrda baş tutacaq. Bu yarışa Avropa, Şimali və Cənubi Amerika, Afrika və Asiyadan pilotlar qatılacaqlar.

Seçilən
12
15
bakivaxti.az

10Mənbələr