Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 105 məcburi köçkünlə bağlı məhkəməyə müraciət edib. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq komitədən məlumat verilib.
Â
Qeyd olunub ki, Dövlət Komitəsinin aidiyyəti struktur bölməsi və məcburi köçkün arasında bağlanmış kirayə müqaviləsi əsasında yeni mənzillə təmin edilmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı mənzillərə qəsəbələrdə yerləşən MKİS-lər tərəfindən mütəmadi olaraq nəzarət edilir.
Â
"Yeni yaşayış sahələri ilə təmin olunmuş məcburi köçkünlərlə bağlı mövcud qanunvericiliyin tələblərinin pozulması faktı aşkar edildikdə onlarla imzalanmış müqaviləyə məhkəmə qərarı ilə xitam verilir.
Â
2025-ci ilin ötən dövründə qeyd olunan məsələ ilə bağlı məhkəməyə 105 müraciət edilib. Onlardan 38-i Dövlət Komitəsinin xeyrinə təmin olunub, 42-si baxılmaqdadır, 7-si rədd edilib, 18-i isə baxılmamış saxlanılıb.
Â
Qeyd edək ki, boşalmış mənzilin veriləcəyi digər məcburi köçkün ailəsi müəyyənləşdirilərkən məcburi köçkün şəhid ailələri və müharibə iştirakçılarına üstünlük verilir", - deyə məlumatda bildirilir.