AZ

Dövlət Komitəsi 105 şəxsə qarşı məhkəmə prosesi başladıb

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 105 məcburi köçkünlə bağlı məhkəməyə müraciət edib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq komitədən məlumat verilib.

Qeyd olunub ki, Dövlət Komitəsinin aidiyyəti struktur bölməsi və məcburi köçkün arasında bağlanmış kirayə müqaviləsi əsasında yeni mənzillə təmin edilmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı mənzillərə qəsəbələrdə yerləşən MKİS-lər tərəfindən mütəmadi olaraq nəzarət edilir.

"Yeni yaşayış sahələri ilə təmin olunmuş məcburi köçkünlərlə bağlı mövcud qanunvericiliyin tələblərinin pozulması faktı aşkar edildikdə onlarla imzalanmış müqaviləyə məhkəmə qərarı ilə xitam verilir.

2025-ci ilin ötən dövründə qeyd olunan məsələ ilə bağlı məhkəməyə 105 müraciət edilib. Onlardan 38-i Dövlət Komitəsinin xeyrinə təmin olunub, 42-si baxılmaqdadır, 7-si rədd edilib, 18-i isə baxılmamış saxlanılıb.

Qeyd edək ki, boşalmış mənzilin veriləcəyi digər məcburi köçkün ailəsi müəyyənləşdirilərkən məcburi köçkün şəhid ailələri və müharibə iştirakçılarına üstünlük verilir", - deyə məlumatda bildirilir.

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
1
oxu.az

2Mənbələr